Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək
2 Avqust 2024 16:48 SiyasətŞuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.
Olaylar.az xəbər verir ki. bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31