İki qızıl medalın Parisdə əldə edilməsində bir rəmzlik var- ÖZƏL
2 Avqust 2024 10:48 Siyasət"İlk dəfədir ki, Yay Olimpiya Oyunlarında cüdo üzrə iki qızıl medal qazanırıq və bu uğurun Parisdə əldə edilməsində bəlkə də bir rəmzlik var".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
" Çünki cüdonu digər güləş növlərindən fərqləndirən özəlliklərdən biri rəqibin gücündən özünə qarşı istifadə olunmasıdır. Fransaya onu güclü edən faktorların necə əleyhinə işləyə biləcəyini isə siyasət meydanında biz artıq göstərmişik. Söhbət o müstəmləkəçi dövlətin dənizaşırı torpaqlarında baş verən proseslərdən və burada Azərbaycanın oynadığı roldan gedir".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31