Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı məlum olub
1 Avqust 2024 17:10 SiyasətNövbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.
Olaylar-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, ümumilikdə indiyə qədər 8825 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
"Onlardan 4622-si MSK-da, 4203 dairə seçki komissiyalarında qeydə alınıb", - deyə MSK sədri əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31