Ödənişli təşviqatla bağlı 54 media orqanı MSK-ya müraciət edib
1 Avqust 2024 17:08 SiyasətNövbədənkənar parlament seçkiləri ilə əlaqədar ödənişli təşviqatla bağlı 54 media orqanı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Olaylar-ın xəbərinə görə, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Həmin media orqanlarının siyahısı bu gün günün sonunda MSK-nın saytında yerləşdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31