İsrail HƏMAS qarşıdurmasında tarixin ən gərgin dövrü- ÖZƏL

"İranda Prezidentin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirə dünyanın bir çox ölkələrindən dövlət başçıları, nazirlər, həmçinin müxtəlif qrupların rəhbərləri qatılıblar. Belə bir önəmli tədbirdə İranın HƏMAS rəhbərini qoruya bilməməsi, onun bu ölkədə öldürülməsi İrandakı təhlükəsizlik problemləri məsələsini qabardacaq".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, İranın dəstəklədiyi bir çox proksi qüvvələrin-Hizbullahçılar, Husilər və HƏMAS-ın bundan sonrakı İrana yanaşmasında da müəyyən güvən problemləri ortaya çıxacaq. Bu daha çox İranla İraqın dəstəklədiyi qüvvələr arasındakı spekuliyasiyaları artıracaq. Bu hadisənin İsrail ilə HƏMAS arasında vəziyyəti daha da gərginləşdirilmək üçün törədilməsi də ehtimal oluna bilər. İsrail HƏMAS qarşıdurmasında tarixin ən gərgin dövrünə qədəm qoyulub. Eyni zamanda, İsraillə HƏMAS arasındakı qarşıdurmada HƏMAS rəhbərinin radikal kəskin mövqeləri və həmçinin bu məsələdə barışmaz tutumu onu öldürmək istəyən xarici kəşfiyyat qüvvələrinin sayını daha da çoxaltdı. Ola bilsin ki, bu sui-qəsd HƏMAS-ın daha da radikallaşması üçün edilib. Ehtimala görə, məkan olaraq  bu daha əvvəldən hazırlanıb ki, o xaricə səfər edəndə belə bir öldürülmə prosesi baş versin. Hesab edirəm ki, İsmayıl Haniyənin öldürülməsi HƏMAS-la İsrail arasında gərginliyi daha da artıracaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31