Bu gərginlik regiona da təsirsiz ötüşməyəcək- ÖZƏL
1 Avqust 2024 16:08 Siyasət"İsmayıl Haniyənin öldürülməsi Yaxın və Orta Şərqdəki proseslərə təbii ki, mənfi təsir edəcək. Gərginlik bundan sonra artacaq, o cümlədən nəzərə alsaq ki, HƏMAS təşkilatı da bunun intiqamını almağa çalışacaq, bu bir daha Yaxın və Orta Şərqdə İsrail-HƏMAS arasında münaqişəni daha da gərginləşdirəcək".
.jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Hadisənin Tehranda baş verdiyini nəzərə alsaq və Tehrandan verilən açıqlamalar onu göstərir ki, İran da bu məsələlərə səssiz qalmayacaq və bir formada hansısa addımlar atmağa cəhd edəcək. Bunların hamısı bölgədə ciddi gərginlik səbəbi sayıla bilər. Bizim üçün bunun mənfi cəhəti ondan ibarətdir ki, bunlar məhz bizim Cənub qonşumuz İranla olan proseslərdir. Orada hansısa bir gərginliyin olması Azərbaycana, dövlət maraqlarına uyğun deyil və bu gərginlik regiona da təsirsiz ötüşməyəcək".
Zeynəb Rzayeva