Fransanı qıcıqlandıran nədir?- ÖZƏL
1 Avqust 2024 15:17 Siyasət"Fransanın Senantının qəbul etdiyi sənəd, şübhəsiz ki, Azərbaycana qarşı rəsmi Parisin qərəzinin bir daha ifadəsidir. Fransa dəfələrlə Azərbaycana qarşı bu cür ədalətsiz mövqe sərgiləyib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Paris meri, dəfələrlə Ermənistan-Azərbaycan sərhədinə gələrək təxribatçı hərəkətlər edib. Fransa parlamentinin deputatları Ermənistan-Azərbaycan sərhədinə gələrək dəfələrlə öz təxribatçılığını sübut ediblər. Bu kimi məsələlər var. Fransa dəfələrlə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib. Bu da nə ilə bağlıdır? Birinci növbədə rəsmi Paris Ermənistan-Azərbaycan məsələsində haqsız mövqe tutur və hətta mövqeyi bir yana, müdaxilə etməyə çalışır. Ermənistanı silahlandırmağa çalışır, daha çox Azərbaycanın üzərinə gəlməyə çalışır. Azərbaycan müharibədə qalib gəlmiş bir ölkədir. Azərbaycan heç kəsin qarşısında təzyiq aləti ola bilməz. Azərbaycan geri çəkilə bilməz. Azərbaycanın konkret şəkildə hədəfləri var və Azərbaycan öz hədəflərinə doğru irəliləyir. Özünün istiqamətləri var və öz istiqamətlərini, öz hədəflərini bildirir. Heç bir şəkildə Ermənistanın havadarlarının heç birinin, həmçinin Fransanın da üzərinə məsuliyyət düşmür ki, Azərbaycana qarşı bu dərəcədə qarayaxma kompaniyası aparsın. Buna hər zaman cavab verilib və veriləcək. Fransanı qıcıqlandıran məsələ məhz budur. Fransa tarix boyu dünyada haqsızlıqlar, işğallar, müharibələr edib, müstəmləkə altında saxladığı insanlardan və ölkələrdən ona cavab verən olmayıb. O, bunu qəbul etmək istəmir ki, Azərbaycan ona qarşı cavab verir, yəni onun etdiyi davranışlara susmur. Bu təbii ki, rəsmi Parisin özünün problemidir. Azərbaycan onun qarşısında sakit olmayacaq, öz mövqeyini kifayət qədər əsaslandırılmış şəkildə ifadə edəcək. Dediyim kimi, rəsmi Bakının hədəfləri var və həmin hədəflərə doğru Azərbaycan bundan sonra da öz istiqamətini götürəcəkdir".
Qiymət Mahir