“Ermənistan məzlumdur”-açıqlaması yalnız və yalnız gülüş doğurmalıdır- ÖZƏL

"Fransa-2 telekanalın aparıcılarının bu kimi təxribat yönümlü çıxışları təəccüb doğurmamalıdır. Nəyə görə? Çünki birincisi, onlar aydındır ki, Fransa dövlətinin yeritdiyi siyasətə və təbliğata uyğun hərəkət edəcəklər. Bu gün Fransada dövlət səviyyəsində anti Azərbaycan təbliğatı geniş şəkildə aparılır". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycana qarşı qara piar kampaniyası aparılır. Azərbaycanla bağlı həqiqətə zidd məlumatlar paylaşılır. İkinci məsələ ondan ibarətdir ki, Fransada biz erməni diasporasının təsirini bilirik. Onlar, Parisdən tutmuş Marselə qədər bir sıra şəhərlərdə az-çox nüfuza malikdirlər. Onlar Fransanın siyasi xadimlərini, Senat üzvlərini, Assambleya üzvlərini pulla alaraq, yəni rüşvət müqabilində onların istədiyi təbliğatı yaymalarına vəsilə olurlar. Yəni, bu baxımdan Fransada dövlət səviyyəsində antiazərbaycan ritorikası davam etməkdədir və əfsuslar olsun ki, bu idman sahəsində də özünü göstərir. Hətta siyasət idmana belə qarışır. Əslində bu, düzgün deyil. Yəni idmana siyasət qarışmamalıdır. Biz görürük ki, Fransanın mediası, yəni bu addımı da atır. Aydın məsələdir ki, bu başdan ayağa cəfəngiyyatdır. Qarabağı Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan deyil, Azərbaycan itirmişdi. Amma 30 illik işğaldan sonra Azərbaycan məhz özü, öz gücü ilə, öz ordusu sayəsində bütün işğal olunmuş torpaqları işğaldan azad etdi, Qarabağı geri qaytardı və beləliklə də tarixi ədaləti bərpa etdi. Fransadakı, fransız kanalların nümayəndələri bunu belə deyəcəklər? Əlbəttə deməyəcəklər. Çünki onlar Makronun və Fransa siyasi establişmentində erməni diasporasının rüşvəti ilə addım atan digər şəxslərin ismarıclarını, diktələrini yerinə yetirirlər. Bu baxımdan biz burada təəccüblənməli deyilik. Fransanın biz hal-hazırda nə cür siyasət yürütdüyünü bilirik. Daxildəki bu zorakılıqlarını, insan haqlarına hörmətsizliyini, islamofobiya, ksenofobiya, rasizmin ən üst səviyyəsi, xarici siyasətdə neopostkolonial siyasət, Yeni Kaledoniyada etdiklərini, Afrikada etdiklərini, 1950 -1960-cı illərdə Əlcəzairdə etdiklərini bu gün bütün dünya bilir. Bu kimi addımlarla yadda qalan, insanlara zülm, insanlara əziyyət, insanlara səfalət gətirmiş bir dövlətin media nümayəndələrinin bu kimi həqiqətə uyğun olmayan, guya "Ermənistan məzlumdur" kimi açıqlamalar verməsi mən düşünürəm ki, yalnız və yalnız gülüş doğurmalıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31