Gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır- ÖZƏL

"Möhkən təməl uğurların davamlılığını şərtləndirən mühüm amildir. Bu gün müasir müstəqil, qalib, bütövləşən Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, zəngin təcrübənin şahidi olaraq".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib:

"Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər son 20 ildən artıq dövrdə möhtəşəm uğurlarımıza stimul verir. Hazırda Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin  yaratdığı reallıqları yaşayır. Şanlı Qələbəsi ilə yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirən Azərbaycanın bu Zəfəri bütün sahələrdə mövcud imkanlarını təqdim etdi. Təbii ki, Zəfərimizi şərtləndirən amillər sırasında Vətənə, torpağa bağlılıq əhəmiyyətli rol oynayır ki, bu da Ümummilli Liderin ən parlaq səhifələrini yazdığı azərbaycançılığın əsas tərkib hissələrindən biridir. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31