İlham Əliyev Ulu öndərin siyasi xəttini layiqincə davam etdirir- ÖZƏL

"Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın dünya xalqlarının yazı sisteminə qoşulması üçün latın qrafikalı Azərbaycan əlifbasına keçməsi zərurəti yarandı. Ulu öndər Heydər Əliyevin 9 avqust 2001- ci il tarixli Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib: "Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması üzrə siyasi xəttini layiqincə davam etdirir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişafı,  təkmilləşdirilməsi və qorunması istiqamətində bir çox Fərman və Sərəncamlar imzalanmışdır. Ölkə başçımızın söylədiyi "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" fikri hər bir Azərbaycan vətəndaşı üçün bir örnəkdir. Bu gün yetişən gənc nəsillər də ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər. Dilimizim, əlifbamızın yaşaması üçün çalışmalıdırlar".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31