Ulu Öndər hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi - ÖZƏL
1 Avqust 2024 13:39 Siyasət"Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib:
"Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dili daim dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi, dahi şəxsiyyətin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında özünün aydın ifadəsini tapdı. Atılan hər bir addım Ümummilli Lider Heydər Əliyevin Vətən, torpaq, xalq sevgisinin təcəssümü idi. Onun "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" çağırışı hər bir azərbaycanlının həyat amalına çevrilib. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar da bunun təsdiqidir. Ümummilli Lider bildirmişdir ki, xalqı xalq, milləti millət edən onun ana dilidir".
Alim Hüseynli
Olaylar.az