Savaşın əhatə dairəsi genişlənə bilər: İran İsrailə müdaxilə edərsə…- ÖZƏL
1 Avqust 2024 11:39 Siyasət"İranda və Livanda İsrailin müdaxiləsi ilə baş vermiş hadisələr Yaxın Şərqdə indiki situasiyanı daha da gərginləşdirə və savaşın əhatə dairəsini daha da genişləndirə bilər".
_(1).jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Hazırda rəsmi Tehran cavab reaksiyası verəcəyi ilə bağlı xəbərdarlıq edib. Bunun olub-olmayacağını indidən müəyyən etmək bir qədər çətindir. Ancaq yaxın vaxtlarda situasiya nisbətən aydınlaşmağa başlayacaq, çünki Amerika Birləşmiş Ştatlarının, eyni zamanda Qərb siyasi dairələrinin də tədricən münasibəti, situasiyaya reaksiyası ortaya çıxmağa başlayıb".
Siyasi şərhçi Amerika Birləşmiş Ştatlarının İsrailə müdaxilə olunacağı təqdirdə İsraili müdafiə edəcəyini bəyan etdiyini qeyd edir:
"Bu da o deməkdir ki, əgər İran İsrailə müdaxilə edərsə, o zaman baş verə biləcək savaşa Amerika Birləşmiş Ştatları da qoşula bilər. Bu da digər ərəb, müsəlman ölkələrində qıcıqlanma yarada və situasiyanın maksimum həddə qədər gərginləşməsi ortaya çıxa bilər".
Qiymət Mahir