Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi müsbət olarsa, Ermənistanla sərhədi aça bilərik - Hakan Fidan
1 Avqust 2024 10:49 SiyasətAzərbaycanla Ermənistan arasında danışıqlar prosesi müsbət nəticə verərsə, Ermənistanla sərhəd qapılarımızı aça bilərik.
Olaylar xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" qəzetinə müsahibəsində deyib.
"Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticə verməsi üçün ssenarimizi hazırlamalıyıq.
Hazırkı fəaliyyətlər də bu istiqamətdədir. Əgər tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz sərhəd qapımızı aça bilərik", - deyə o əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Ermənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31