ABŞ Fransanın Cənubi Qafqazda eskalasiya siyasətinə qarşıdır - ÖZƏL
1 Avqust 2024 10:11 Siyasət"Ermənistanla Azərbaycan arasında müəyyən fasilədən sonra danışıqlar prosesi bərpa edilib. Artıq delimitasiya və demarkasiya işi ilə bağlı razılaşma əldə edildi. Böyük Britaniyada Azərbaycan Ermənistan liderlərinin bir araya gələ bilməməsi kifayət qədər gərginliyə səbəb olmuşdu. ABŞ və Türkiyənin birgə kordinasiyalı fəaliyyəti ikitərəfli danışıqların yenidən başlanmasını mümkün etdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Xüsusilə, Türkiyə ilə Ermənistan arasında xüsusi elçilər vasitəsilə danışıqlar gedir. Bu proses paralel olaraq Azərbaycanla Ermənistan arasında ikitərəfli əlaqələrin normallaşmasınə müsbət təsir edəcək.
ABŞ Fransanın Cənubi Qafqazda eskalasiya siyasətinə qarşıdır. Qeyd edim ki, Ermənistan tərəfinin Türkiyə və Azərbaycanla yenidən danışıqlar masasına oturması Vaşinqtonun N. Paşinyana təlimatı əsasında həyata keçirilir. Çünki, danışıqlar baş tutmasa, proses Rusiyanın maraqlarına cavab verəcək".
Alim Hüseynli
Olaylar.az