Bu günədək neçə namizəd qeydə alınıb?
31 İyul 2024 10:57 SiyasətNövbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb.
Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 660 nəfər imza vərəqələrini qaytarıb. 1200-dən çox şəxs isə imza vərəqələrini götürüb.
Bildirilib ki, qeydiyyatdan keçən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31