İlham Əliyev Pezeşkianı Bakıya dəvət etdi
31 İyul 2024 10:38 Siyasətİran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.
Olaylar xəbər verir ki, Baş nazir Əli Əsədov iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.
Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31