İran birbaşa hərbi qarşıdurmaya təhrik olunur- ÖZƏL

"İsrail kəşfiyyatı Tehranda Həmasın lideri İsmayil Haniyəni aradan götürdü. İsmayil Haniyə sui-qəsddən bir neçə saat əvvəl İranın yeni prezidenti Məsud Pezeşkianın andicmə mərasimində iştirak etmiş, sonra da onunla görüşmüşdü". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Cəmaləddin Quliyev deyib: "Dünən İsrail ordusu Beyrutun cənubuna etdiyi raket atəşləri ilə "Hizbullah"ın komandiri Fuad Şükür qətlə yetirilib. Dünən həm də ABŞ hərbçiləri  Bağdadın cənubunda "Həşd əş Şəəbi" düşərgəsinə reyd həyata keçirib. Bütün əməliyyatlar sinxrondur. "Həmas"ın İsrailə hücumundan sonra  İranın Yaxın Şərqdəki bütün proksilərini neytrallaşdırmaq məqsədilə həyata keçirilən vahid plan  ardıcıl icra edilir, İran birbaşa hərbi qarşıdurmaya təhrik olunur. Amma bu əməliyyatlar Yaxın Şərqdə gərginliyi azaltmaq, Qərblə yumşalma siyasəti yürütmək istəyən Pezeşkian hökumətinin də işini çətinləşdirir. İndi o, parlamentdə sərt xətt tərəfdarlarının onsuz da güclü təzyiqlərinin daha da artması faktı qarşısında qalacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31