Əli Əsədov İrana getdi - Pezeşkianın andiçmə mərasimində iştirak etdi (FOTO)

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

13:36

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.

Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, bu gün İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə 16:00-da İslami Şura Məclisində baş tutacaq.

Tədbirdə 70-dən artıq xarici nümayəndənin, 600 nəfər yerli və əcnəbi jurnalistin iştirakı gözlənilir.

Xatırladaq ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi "Mühafizəkarlar" düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.

Əlavə edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Əli Əsədov İrana getdi -  Pezeşkianın andiçmə mərasimində iştirak etdi (FOTO)

Əli Əsədov İrana getdi -  Pezeşkianın andiçmə mərasimində iştirak etdi (FOTO)
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31