Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələrin görüşü keçirilir
30 İyul 2024 13:17 SiyasətErmənistan-Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçın 5-ci görüşü keçirilir.
Olaylar-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Qeyd edilib ki, danışıqların birinci hissəsi Ermənistan tərəfində, ikinci hissəsi isə Türkiyə tərəfində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31