Dilimiz özünün milli kimliyini qoruyub saxlayır- ÖZƏL

"Azərbaycan dili müstəqil dövlətin olmadığı dövrlərdə belə dünya səpələnən 50 milyondan çox azərbaycanlını bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən başlıca amil olub". "Olaylar" xəbər verir ki, bunu milli Mclisin deputatı Sevinc Hüseynova deyib: "Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlərimiz,  mədəniyyətimizin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarıdır. Azərbaycan dili özünün zəngin ənənələri üzərində bu gün inkişaf edir. Müasir dövrün çağırışları və təhdidlərə qarşı dilimiz özünün milli kimliyini qoruyub saxlayır. Azərbaycanlıların harada olmasından asılı olmayaraq öz dilinə, milli kimliyinə olan birmənalı sevgisi bu xüsusda vacib önəm kəsb edir. Çünki bizi bir xalq, dövlət kimi dünyaya tanıdan danışdığımız dildir. Qalib ölkənin xalqının dilində səslənən zəfər kəlməsi sözsüz ki, bu gün hər bir Azərbaycanlı üçün ən qürurverici məqamdır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31