Prezident İlham Əliyev: Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.

Olaylar xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərakeşin milli bayramı münasibətilə Kral Əlahəzrət VI Məhəmmədə təbrik məktubunda yer alıb.

Məktubda, həmçinin, deyilir: "Əminəm ki, xalqlarımızın rifahı naminə dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".

Dövlətimizin başçısı belə bir əlamətdar gündə Krala möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Mərakeş xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31