Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi geopolitik qarşıdurmadan irəli gəlir- ÖZƏL

"Payızda Azərbaycanda COP29 adlı beynəlxalq konfrans keçiriləcək. Məhz bu baxımdan Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil. Amma, Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsində maraqlı görünmür. Çalışılır ki, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş versin".

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

" Fransa məhz COP29-u boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır. Rusiyanın vasitəçilik kimi təşəbbüslə çıxış etməsində məqsəd, iki ölkə arasında sülhə imkan verməmək, idarə olunan yeni böhran yaratmaqdır. Əgər, Rusiya Ukraynada hərbi qələbə əldə edəcəksə, Azərbaycan daxil olmaqla Cənubi Qafqazi tam nəzarət altına alacaq. Türkiyəni də Qafqazdan çıxaracaq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının  toqquşduğu pladsarımdı. Məhz Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi bu geopolitik qarşıdurmadan irəli gəlir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31