Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək
29 İyul 2024 14:30 SiyasətErmənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib.
Olaylar.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in sözçüsü "X" hesabında bildirib.
"İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq", paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31