Ermənistan məqsədli şəkildə təxribat törədir- ÖZƏL

"Ermənistanın Fransa, Hindistan və Yunanıstan tərəfindən ağır və hücum silahları ilə  mütamadi və planlı şəkildə təmin edilməsi, Ermənistan ordusuna franslzların planlı hərbi təlimlər keçirməsi təbii ki, Azərbaycanla yeni müharibənin əlamətləridir".

Olaylar xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "ABŞ - ın Ermənistanda keçirdiyi hərbi təlimlər də eyni məqsəd daşıyır. Ermənistan- Azərbaycan arasında hərbi vəziyətin ağırlığına 18 iyulda Londonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birilə görüşdən imtina etməsi də sübutdur.
Bu günlərdə "Iran International"in yaydığı məlumata görə, təbii müttəfiqlər İran və Ermənistan arasında 500 milyon dollar həcmində silah tədarükü ilə bağlı məxfi müqavilə imzalanıb. Ermənistanın Azərbaycanala şərti sərhəd boyunca, xüsusən də Kəlbəcər və Tovuz istiqamətində hərbi təxribatları sözsüz ki, yeni müharibəyə başlama cəhdləridir. Erməni təxribatlarına Azərbaycan Müdafiə Nazirliyinin verdiyi sərt xəbərdarlığı vəziyyətin pik nöqtəsinə yaxınlaşdığını göstərir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31