Ceyhun Məmmədovun namizədliyi qeydə alındı - ÖZƏL

Millət vəkili Ceyhun Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb. O, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparacaq. Olaylar xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:
"120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə 7-ci çağırış Milli Məclisə deputatlığa namizədliyimiz qeydə alındı. Növbəti dəfə parlamentdə Cəbrayıl və Qubadlıları təmsil etmək böyük qürur və şərəfdir. Birlikdə yeni hədəf və məqsədlərə doğru!"
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ın 1-də 7-ci çağırış Milli Məclisə seçkilər keçiriləcək.

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31