İranın Ermənistan siyasətini SEPAH müəyyən edir- ÖZƏL

"Azərbaycanlı Pezeşkianın prezident olması İranın siyasətində korektlərə ümidlər yaratsa da, Tehran rejiminin mahiyyətinə ciddi təsir etməyəcəyi də məlum idi".

Olaylar xəbər verir ki, bunu millət siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İranın Ermənistana dəstəyini, bölgədəki maraqlarını bu ölkə üzərindən tətbiq etmək siyasətini müəyyən edən daha çox SEPAH, qərarverici isə dini liderdir: "Pezeşkianın bunu dəyişmək gücü yoxdur. Pezeşkian amili İranın Azərbaycan siyasətində loyallığın ön plana çıxmasında müəyyən rol oynaya bilər k i, bu ehtimal da o qədər yüksək deyil.
Bütün bunların fonunda əsas diqqətçəkən məqam İran-Ermənistan silah müqaviləsi haqda informasiyanın səfirliyimizin fəaliyyətə başlaması və Bakı-Tehran xəttində normallaşmanın praktiki müstəvidə irəliləməsindən sonra ortaya çıxmasıdır. İstisna deyil ki, 500 milyon dollarlıq silah müqaviləsini İranda Azərbaycanla münasibətlərə qarşı olan qüvvələr mediaya sızdırıb".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31