İsrail sınaq qarşısındadır- ÖZƏL
29 İyul 2024 09:25 Siyasət"İsrail Livanda Hizbullaha qarşı əməliyyat planı hazırlayıb. İsrail ABŞ dəstəyi və razılığı olmasa nə HƏMASA qarşı nə də, Hizbullaha qarşı hərbi əməliyyatlar keçirmək gücündə deyil. Yarım ildir Qəzza zolağında HƏMAS üzərində həlledici qələbə qazana bilməyən İsrail ordusu daha müasir silahlarla silahlanmış Həmasdan daha güclü Hizbullaha qalib gəlməsi sual doğurur".

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:
"Hizbullah silahlı təşkilatina Suriyanın Tatrus limanından Rusiya müasir silahlar göndərir. Çünki, Rusiya Ukraynada hərbi əməliyyatlarina görə Livanda yeni cəbhənin açılmasında maraqlıdır. Həmçinin İran bu müharibədə Hizbullahı tam dəstəkləyəcək. İsrail sınaq qarşısındadir.
İsrailin Livanda hərbi əməliyyatları məğlubiyyətlə nəticələnə bilər. Onsuzda Həmas qarşısında kifayət qədər mövqeyi zəifləyib. Əgər, İran Livanda Hizbullahla birgə hərbi əməliyyatlara birgə başlayarsa, ABŞ müharibəyə qoşula bilər. Çünki İsrailin hərbi məğlubiyyəti qaçılmaz ola biler. Bu da ABŞ təhlükəsizlik maraqlarına cavab vermir".
Alim Hüseynli
Olaylar.az