Olimpiadada ayrıçeçkiliyə yol vermək idman ənənələrinə ziddir- ÖZƏL

"Parisdə Olimpiadanın açılışı zamanı  bayrağın tərsinə asılmasının heç də səbəbsiz olmadığı az sonra üzə çıxdı. Söhbət  İsa Məsihlə həvarilərinin sonuncu, gizli şam yeməklərinin  Makronla komandasının eyş-işrət məclisi kimi təqdim edilməsindən, attalçılığın, sejurneçiliyin aqressiv təbliğindən, dindarların hisslərinin təhqir olunmasından  getmir. Fransa yepiskoplarının dedikləri kimi, o səhnə sadəcə xristianlığın lağa qoyulması deyildi,  ölkələrinin necə rəzil vəziyyətdə olduğunun, hər baxımdan deqradasiyasının sərgilənməsi idi. Və bu onların iç məsələləridir, özləri bilərlər. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib:
  "France 2" ictimai televiziyasının aparıcısının Azərbaycanla Ermənistan komandalarını təqdim edərkən, ayrı-seçkiliyə yol verməsi, dövlətimizə böhtan atması, beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirməsi isə olimpiya dəyərlərinin alt-üst olması deməkdir. Bu təxribat iç məsələ sayıla bilməz, onun öncədən planlaşdırıldığı və arxasında Yelisey sarayındakıların durduğu da şübhəsizdir. Bir daha vurğulayıram, o sarayın ən üzdə olan təmsilçiləri öz həyat tərzlərini aqressivcəsinə təbliğ edirlərsə, bu, daha çox fransalılarlıqdır. Onlar oturub düşünməlidirlər ki, ellikcə makronçuluq, attalçılıq və sejurençilik ölkələrinə hansı gələcək vəd edir. Olimpiadada ayrı-seçkiliyə yol vermək, geosiyasi maraqlardan çıxış etmək isə idman ənənələrinə ziddir və Beynəlxalq Olimpiya Komitəsi bununla bağlı öz mövqeyini bildirməlidir".
Alim Hüseyinli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31