Bu, bölgədə gedən işlərin dünya ictimaiətinə çatdırılması baxımından çox böyük əhəmiyyət daşıyır- ÖZƏL
26 İyul 2024 15:53 Siyasət"Beynəlxalq səyyahların Qarabağa səfəri şüphəsiz ki, işğaldan azad olunmuş ərazilərimizi və hal-hazırda bu bölgədə gedən işlərin dünya ictimaiətinə çatdırılması baxımından çox böyük əhəmiyyət daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
" 30 il ərzində bölgədə ermənilər kütləvi şəkildə vandalizm törədiblər. Tarixi mədəni abidələrin dağıdılması istiqamətində xeyli fəaliyyət göstəriblər. Həm də erməni vandalizminin dünyaya tanıdılması istiqamətində də çox mühüm addımdır. Həmin səyyahlar həmin ərazilərdə fotolar çəkəcəklər və onlar kifayət qədər məhşur insanlardır. Onların sosial şəbəkə hesabları dünya səviyyəsində izlənirlər. Paylaşım edəcəklər və bu da erməni vandalizminin, eyni zamanda Azərbaycanın gördüyü işlərin dünyaya çatdırılması baxımından da əlverişli vasitədir. Ardıcıl şəkildə təşkil olunan tədbirlər də bu işdə Azərbaycana xeyli kömək göstərir. Eyni zamanda xarici vətəndaşların səfərləri də mühüm əhəmiyyət kəsb edir. Səyyahların səfərləri xüsusi dərəcədə əhəmiyyətlidir və Azərbaycan həqiqətlərinin dünya ictimaiətinə çatdırılmasında mühüm rol oynayır".