Azərbaycan Somaliyə humanitar yardım göstərməyə hazırdır
26 İyul 2024 13:39 SiyasətAzərbaycan Somaliyə humanitar yardım göstərməyə hazırdır.
Olaylar xəbər verir ki, bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi ilə birgə mətbuat konfransında deyib.
"Azərbaycan Somaliyə humanitar yardım göstərməyə hazırdır. Bizim İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üçün təhsil proqramımız var və artıq Somalidən olan bir neçə gənc ondan faydalanıb. Bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Bu il Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır ki, onlardan ən böyüyü COP29-dur. Somali nümayəndə heyətini bu konfransda görməkdən şad olarıq", - deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31