Dünya Azərbaycanda quruculuq işlərini maraqla izləyir- ÖZƏL
26 İyul 2024 12:32 Siyasət"Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi ölkəmizdə keçirlən nüfuzlu beynəlxalq tədbirlərin sayının artmasını şərtləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Məlumdur ki, bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi ərazilərdə apardığı möhtəşəm quruculuq işlərini böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan quruculuq prosesinin gedişi və Böyük Qayıdış Proqramının icrası barədə suallar da bu maraqdan xəbər verir. Bu suallara maksimum dərəcədə ətraflı cavab verən Ölkə Prezidenti İlham Əliyev hər iki mövzu ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi".
Alim Hüseynli
Olaylar.az