Azərbaycan cəmiyyətində hökm sürən milli həmrəylik yüksək səviyyədədir- ÖZƏL

""Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında Prezident İlham Əliyev ölkəmizin təhlükəsizliyi ilə bağlı konkret fikirlərini səsləndirərək bu gün bütün dünyada mövcud olan antiazərbaycan əhval-ruhiyəli qüvvələrə növbəti dəfə ciddi xəbərdarlıq mesajı ünvanlanmış oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Möhtərəm dövlət başçımız qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması və keçən il Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Bununla cənab Prezident bir daha Azərbaycanda daxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31