Ceyhun Bayramov və Somali XİN başçısı əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniş tərkibdə görüş keçirilib.

XİN-dən Olaylar-a verilən məlumata görə, görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edilib.

Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi o cümlədən əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.

Ceyhun Bayramov və Somali XİN başçısı əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Ceyhun Bayramov və Somali XİN başçısı əməkdaşlıq məsələlərini müzakirə edib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31