İran Ermənistanı Azərbaycana qarşı hərbi təxribatlara sövq edir- ÖZƏL

"İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq müqaviləsinin imzalanması Tehran rejiminin sülhün əldə edilməməsinə hesablanıb".

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Bununla İran Ermənistani Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyi planlaşdırıb. İranda yeni adminstrasiya çalışacaq ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin. Ermənistanla hərbi əməkdaşlıq məsələlərini arxa plana keçirsin. İran sabiq prezidenti İ. Rəisinin prezidentliyi dönəmində Ermənistana silahlar verilib. 
İranın Ali dini rəhbəri S. Ə. Xameneinin  Ermənistanı silahlandırmasına razılıq verməsi, Azərbaycana qarşı düşmənçilik siyasətinin bariz nümunəsidir. İranın ali dini rəhbəri Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi və Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edir. Ali dini rəhbərə tabe olan SEPAH xətti ilə silahlar Ermənistana verilib".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31