Azərbaycan kifayət qədər turizm potensialına malik ölkədir- ÖZƏL

"Azərbaycan kifayət qədər turizm potensialına malik ölkədir. İşğaldan azad olunmuş ərazilər də turizm potensialının ən yuxarı olduğu bölgələrdən biridir".

Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlamasında bildirib:

"Buna görə də düşünürəm ki, perspektivdə bu ərazilər Azərbaycanın turizminə öz müsbət töhfəsini verəcəkdir. Sadəcə, burada yenidənqurma və bərpa işlərinin hazırda tamamlanmaması bu potensialdan maksimal istifadə etməyə imkan vermir. Hesab edirəm ki, gələcəkdə bu potensial getdikcə artan dinamika ilə inkişaf edəcəkdir. Sağlamlıqla yanaşı, digər turizmlərin inkişaf etdirilməsi üçün burada münbit şərait vardır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31