Qərb ölkələri yeni Qafqaz müharibəsi törədə biləcək addımlar atırlar- ÖZƏL
25 İyul 2024 16:47 Siyasət"Avropa Sülh Fondu əslində mahiyyəti üzrə fəaliyyət göstərmir. Bu fond dinc məqsədlər əvəzinə hərbi xarakterli ayırmalar edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Ermənistana münasibətdə də eynilə hərbi xarakterli maliyyə yardımı ayrılıb. Düzdür, maliyyə yardımı olduqca cüzi məbləğdədir və Ermənistanın hərbi imkanlarının artırılması baxımından yetərli deyil. Amma bundan belə, Avropa Birliyinin Sülh Fondundan Ermənistana hərbi xarakterli maliyyə yardımı ayrılması, onun göstərir ki, bu qurum Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında qətiyyən maraqlı deyil. Əks halda, əgər Cənubi Qafqazda sülh prosesinin yekun sülh sazişi ilə yekunlaşmasında maraqlı olsaydı, Avropa Birliyi Ermənistana sülh xarakterli maliyyə dəstəkləri göstərərdi. Hərbi xarakterli yox. Yəni bütün bunlar onu göstərir ki, Qərb ölkələri və siyasi qurumları riyakardırlar və sülhdən danışırlar, hərbi qarşıdurmanı qızışdırırlar. Bu da onu göstərir ki, səmimi deyirlər, sülh prosesini dəstəkləmələri dəstəkləmələri ilə bağlı açıqlamalar verərək siyasi manipulyasiyalar edirlər. Amma davamında buna paralel olaraq yeni Qafqaz müharibəsi törədə biləcək addımlar atırlar".
Qiymət Mahir