Dövlət başçımız regional informasiya etimadı baxımından ən dəqiq ünvandır- ÖZƏL

"Hər şeydən əvvəl qeyd olunmalıdır ki, vaxtilə həsrətini çəkdiyimiz Şuşa şəhərində bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi olduqca qürurvericidir. Xalqımızı qürrulandıran daha bir amil var ki o da dövlət başçımıza duyulan xüsusi hörmət və rəğbətdir. Tədbirdən öncə Avropa Siyasi Birliyinin Zirvə görüşündə iştirakı zamanı Azərbaycan Liderinə göstərilən münasibət də bu amilin bariz nümunəsidir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu uğurlara nail oldu. 
Şuşada keçirilən beynəlxalq tədbir vasitəsilə bütün dünya Cənubi Qafqazla bağlı həqiqətləri regionun ən güclü Lideri cənab İlham Əliyevin dilindən eşitdi. İllər ərzində sözünün imzası qədər dəyəri olan dövlət başçımız regional informasiya etimadı baxımından ən dəqiq ünvandır.
    Cənab Prezidentin tədbir zamanı suallara siyasi mədəniyyətlə cavab verməsi, habelə həqiqətləri də kifayət qədər mərd, açıq, obyektiv şəkildə ifadə etməsi mühüm amildir. Bu baxımdan Liderimiz bildirir ki, zamanında Azərbaycan həqiqətləri ilə bağlı demək olar ki, çox aktorların gözü görməz, qulağı da eşitməz olmuşdu. Yeganə çıxış yolumuz isə hərtərəfli güclü olmaqdan, bu həqiqətləri çatdırmaq üçün əlimizdə imkanlar yaradılmasından ibarət idi. Bəli, resurslar olmaqla müəyyən imkanlar var idi, lakin onların rasional, milli maraqlar baxımından istifadəsi vacib amil idi. Bu reallığın əsasını isə zamanında Ümummilli Liderimiz "Əsrin müqaviləsi" kimi nəhəng bir layihəni icra etməklə qoydu. Zamanında da ehtiyatları yoxdur deyərək Azərbaycana qarşı dezinformasiya vasitəsilə qılınclar qaldırılmağa çalışılırdı. Lakin onların hər birini ağlı, uzaqgörənliyi ilə Ulu öndərimiz aşağı salmağı bacardı. Resurslar milli maraqların təmin olunması istiqamətində istifadə edildi. Bu böyük uğurdur, lakin daha böyük uğur isə Lider yetişdirmək idi ki, onun da öhdəsindən yenə Ümumilli Liderimiz Heydər Əliyev gəldi. Cənab Prezident İlham Əliyevin məhz bu siyasəti davam etdirməsinin nəticəsidir ki, səsimiz Şuşadan dünyaya yayılır. 
    Avropa İttifaqı enerji təhlükəsizliyi ilə bağlı belə təşvişdədirsə, Ermənistana yardım etmək əvəzinə maliyyə institutlarına layihələri dəstəkləmək üçün təsir etməlidir. Ermənistanın yenidən silahlandırılması, revanşizm meyillərinin alovlandırılması yolverilməzdir. Eyni zamanda, Ermənistan dərk etməlidir ki, coğrafi reallığı nəinki unutmaq, inkar etmək belə olmaz. Odur ki, Azərbaycandan uzanan sülh çağırışlarına müsbət cavab verməlidir. Heç bir regionda gözlənilən, ümid edilən nəticə regional reallığa təsir edə bilməyəcək. Dövlət başçımız bu baxımdan kəskin mövqe ortaya qoydu ki, Fransanın regiona müdaxiləsi belə ola bilməz, ümumiyyətlə Azərbaycanın razıığı olmadan başımız üstündən, əl altından Ermənistanla gizli planların realizə cəhdinə belə icazə verməyəcəyik. 
    Önəmli amillərdən biri həm də odur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında idarə olunan Azərbaycan dövlətinin dayağı xalqdır. Xalqımız yad ünsürləri, meyilləri, dəyərləri istəmir. Bu baxımdan hansısa yollarla cəmiyyəti ələ almaq, zəhərli toxumlar səpmək mümkün deyil. Xalq ipi ipdən ayırmağı özü bacarır, özü də çoxdan.
Qarabağın bərpası, COP 29-un ən yüksək səviyyədə keçiriməsi yaxın gələcəkdə dövlət və xalq olaraq əsas hədəfimizdir. Uzaq gələcək isə çox da uzaqda deyil. Naxçıvana maneəsiz keçid, yolların açılması, Qərbi Azərbaycanlıların dədə-baba yurdlarna geri dönməsi getdikcə daha da yaxınlaşır".
 

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31