Azərbaycanın COP29-a sədrlik etməsi onun uğurlu xarici siyasət yürütməsinin bariz nümunəsidir - ÖZƏL

"Azərbaycan son illərdə, xüsusən Qarabağ problemini həll edəndən sonra çox aktiv beynəlxalq xarici siyasət yürüdür".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Bunun bariz nümunəsi kimi elə iki möhtəşəm nümunəni qeyd etmək istərdim ki, bunlardan biri Qoşulmama Hərəkatına sədrlik etməsidir. Əslində sədrlik üç illikdir, amma  Azərbaycanın fəal, nümunəvi məsuliyyəti, sədrliyi hərəkat üzvlərini sözün yaxşı mənasında məcbur elədi ki, onun sədrlik müddətini bir il daha uzatsın. Bax, bu, bizim fəal xarici siyasət yürütməyimizin göstəricisidir. Bu çox orijinal və unikal bir məsələdir. Çünki Azərbaycan bu təşkilatlara rəhbərlik edərkən passiv bir mövqedə qalmadı. Qoşulmama Hərəkatının gənclər, qadınlar şəbəkəsinin yaradılması, parlament diplomatiyasının gücləndirilməsi və s. istiqamətdə fəal siyasət yürütdü. Hərəkat üzvü olan ölkələrə yardımların göstərilməsi və s. məsələlər bütün bunlar hamısı çox yenilikçi, orijinal məsələlərdir.
Başqa bir nümunə də COP29 - iqlim dəyişmələri ilə bağlı məsələdir. Azərbaycanın COP29-a sədrlik etməsi, bu mötəbər, möhtəşəm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinə nail olması, bütün bunlar hamısı, Azərbaycanın uğurlu xarici siyasət yürütməsinin, aktiv beynəlxalq fəaliyyət gerçəkləşdirməsinin bariz nümunəsidir.
Türk Dövlətləri Təşkilatında fəallığımız, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq məsələləri, MDB çərçivəsində fəallığımız, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın aktiv siyasət yürütməsi və digər istiqamətdə olan çalışmalar da bunun bariz nümunəsidir. Hesab edirəm ki, Azərbaycan bundan sonra da bu beynəlxalq platformaları davam etdirməlidir və edəcək ki, qlobal problemlərin həllində dövlət, xalq olaraq öz töhfəmizi verə bilək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31