Region dövlətləri ilə əlaqələrimiz ən yüksək səviyyəyə çatıb-Əli Zülfüqaroğlu- ÖZƏL
25 İyul 2024 14:28 Siyasət"Azərbaycan çoxşaxəli siyasət yürüdür. Region dövləti ilə əlaqələrin inkişafı istiqamətində ciddi addımlar atılır. Əlaqələrimiz ən yüksək səviyyəyə çatıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:
"Ermənistanla sülh danışıqları istiqamətində ən çox səy göstərən Azərbaycandır, halbuki Ermənistan məğlub dövlət kimi buna daha çox səy göstərməlidir. Eyni zamanda Azərbaycan müstəqil addım atır və heç bir dövlətin deyil, öz maraqlarını əsas tutaraq bütün istiqamətlərdə əlaqələrini genişləndirməyə çalışır. O cümlədən, Çin, Böyük Britaniya və Avropa İttifaqının müxtəlif ölkələri ilə Azərbaycanın əlaqələri ən yüksək səviyyədədir".
Ə.Zülfüqaroğlu Böyük Britaniya ilə Azərbaycan arasında da tarixi əlaqələr olduğunu qeyd edir:
"Bu əlaqələrin əsaslı bazası mövcuddur. Dövlət başçısının siyasətinin əsası olaraq bizim Böyük Britaniya ilə əlaqələrimiz daima inkişafdadır. Eyni zamanda dövlət başçısının Londona səfəri zamanı keçirdiyi görüşlər də Azərbaycanla həmin ölkələrin əlaqələrinin inkişafı üçün əsaslı rol oynayacaq və dövlət başçısının London səfəri Böyük Britaniya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcək".
Qiymət Mahir