Azərbaycan əvvəl Qarabağa xərclədiyi enerjini indi qlobal məsələlər üçün xərcləyə bilər - ÖZƏL

"Qarabağ məsələsi illər boyunca Azərbaycanın "ayağından çəkən" problem olub. Yəni, istənilən məsələni həll etməzdən öncə qarşımıza çıxan problem Qarabağla, işğal altındakı torpaqlar, qaçqın və köçkünlərlə bağlı olub. Ona görə də, Azərbaycan müəyyən məsələlərdə çox da irəli gedə bilmirdi, öz problemi ilə məşğul idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"İndi torpaqlarımız azad edilib, artıq ora qayıtmışıq. Yavaş-yavaş keçmiş məcburi köçkünlər də öz yurdlarına qayıdırlar. Əlbəttə ki, belə bir şəraitdə bizim ölkə içi məsələlərlə bərabər, qlobal məsələlərlə də məşğul olmağımız üçün əlavə imkanlar yaradılıb. Yəni Azərbaycan bir zamanlar Qarabağa xərclədiyi enerjini indi daha sərbəst şəkildə qlobal məsələlər üçün xərcləyə bilər. Buna görə də, Azərbaycan hazırda qlobal müstəvidə daha fəal görünür və səs gətirən layihələri gerçəkləşdirir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31