Sülh Fondu adlandırılan qurumun yardımlarının mahiyyəti heç də sağlam deyil - ÖZƏL

"Avropa Sülh Fondu adlandırılan qurumun  Ermənistana yardımının   mahiyyəti heç də sağlam deyil və bu qurum Avropada formalaşmış erməni diasporunun əlində oyuncağa çevrilib, onun təşəbbüslərini yerinə yetirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Özünü erməni diasporuna yaxşı göstərmək üçün Ermənistana müxtəlif formatda yardımlar göstərir və bu, həqiqətən də təəssüfləndirici və təəssüfedici bir faktdır. Həmin qurum Ermənistanla kifayət qədər geniş şəkildə əməkdaşlıq edir. Avropa da, digər təşkilatlar da məhz bu formada Ermənistana əsassız olaraq yardımlar göstərirlər. Təbii ki, bu yardımların humanitar xarakter daşıdığı deyilsə də, bir çox hallarda heç də göstərilən məqsədlərə xidmət etmir. Ermənistan bu yardımlardan öz ordusunu silahlandırmaq, yenidən hər hansısa təxribatı həyata keçirmək səyləri üçün istifadə edə bilər. Çünki yardımların mahiyyəti tam şəkildə bəlli deyil. Yəni ayrılan maliyyə vəsaitinin göstərilən təyinat üzrə xərclənməsi şübhəlidir və həmin maliyyə vəsaitini ayıran təşkilatlar da bununla bağlı Ermənistandan dəqiq hesabatlar istəmirlər. Yəni buna nəzarət mexanizmi çox zəifdir. Buna görə də Ermənistanda həmin pulların hara xərcləndiyi, kimlərin əlinə keçdiyi və Ermənistan hökumətinin həmin pulları necə xərclədiyi barəsində dəqiq və səhih məlumatlar yoxdur. Ermənistan hökuməti həmin pullardan çirkli məqsədlər üçün də istifadə edib. Dəfələrlə Ermənistan mətbuatı yazıb ki, məhz Avropadan, müxtəlif qurumlardan ayrılan maliyyə vəsaitləri korrupsiya istiqamətində gedir, mənimsənilir və təyinatı üzrə xərclənmir. Burdan da belə nəticəyə gəlinir ki, bəli, həmin vəsaitlər təyinatı üzrə xərclənmir. Fərdi qrupların əlinə keçir, silahlanmaya, müxtəlif təxribatlar üçün xərclənir. Çox təəssüflər olsun ki, Avropadakı bir çox qurum və bir çox dövlət bu gün Cənubi Qafqazda sülh və sabitliyi istəmir və mümkün qədər Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün səylər göstərirlər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31