Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı ölkənin qlobal siyasətdə rolunu artırır- ÖZƏL
25 İyul 2024 13:01 Siyasət"Azərbaycanın xarici siyasəti, beynəlxalq arenada mövqeyinin gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsi və regional təhlükəsizliyin qorunması istiqamətində fəal və çoxşaxəli strategiyaya əsaslanır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib:
"Ölkə, enerji resurslarının səmərəli istifadəsi və qlobal bazarlara çıxışının təmin edilməsi ilə yanaşı, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və digər ölkələrlə strateji tərəfdaşlıq əlaqələri qurması, ölkənin qlobal siyasətdə rolunu artırır. Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi layihələr, onun beynəlxalq arenada nüfuzunun artmasına və dünya miqyasında tanınmasına səbəb olur. Bu gün Azərbaycanın xarici siyasətində enerji təhlükəsizliyi, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda fəal iştirak kimi məsələlər ön planda durur. Bu strategiya, Azərbaycanın gələcək inkişafına və beynəlxalq aləmdə daha güclü mövqeyə sahib olmasına xidmət edir".
Alim Hüseynli
Olaylar.az