Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq üçün bir çox uğurlu islahatlar həyata keçirib- ÖZƏL
25 İyul 2024 12:40 Siyasət"Cənab Prezidentin "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı diqqət çəkdiyi bir məsələ Azərbaycanın yeritdiyi uğurlu xarici siyasətlə bağlı oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib: "Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq üçün bir çox uğurlu islahatlar həyata keçirmişdir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın neft strategiyası müəyyən edilmiş və "Əsrin müqaviləsi" imzalanmışdır. Bu müqavilə ilə Azərbaycan dünya neft bazarında yeni bir mövqe qazanmış və bunun nəticəsində xarici sərmayələrin ölkəyə axını başlanmışdır. Bu qərar Azərbaycanın iqtisadi inkişafına və enerji təhlükəsizliyinə mühüm töhfə verərək ölkənin geosiyasi əhəmiyyəti artırmış və beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına səbəb olmuşdur".
Alim Hüseynli
Olaylar.az