Dünya sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu dərk etməlidir- ÖZƏL

"Prezident İlham Əliyev Şuşadan mesaj verdi ki, Azərbaycan-Ermənistan müharibəsi də artıq başa çatıb və regionun gələcəyi üçün sülh müqaviləsinə ehtiyac var.  Azərbaycan sülh müqaviləsi imzalamaq üçün Ermənistanla danışıqlara başlamağa hazırdır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyeviin sözlərinə görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaların tamamilə aradan qaldırılıb və sülh müqaviləsinin hazırlanması üçün ortaya kifayət qədər ciddi mövqe qoyub:  "Azərbaycan bu məqsədlə humanitar, iqtisadi və kommunikasiya xarakterli jestlər etsə də, hələki Ermənistandan bir xəbər yoxdur.  Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr yeni reallığı dərk etməli, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu dərk etməlidir".
 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31