Ermənilər hələ də Azərbaycana qarşı mina terroru həyata keçirirlər- ÖZƏL
25 İyul 2024 12:17 Siyasət"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistanın mina terroru nəticəsində 2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Təəssüf ki, Ermənistanın ölkəmizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra - Azərbaycanın Laçın dəhlizi üzərində nəzarətinin olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar Azərbaycana qarşı mina terroru həyata keçirirdilər".
Alim Hüseynli
Olaylar.az