Azərbaycan inkişaf etmək üçün bütün perspektiv hədəflərdən istifadə etməyə çalışır - ÖZƏL

"Azərbaycan və Böyük Britaniya arasında dövlətlərarası münasibətlər kifayət qədər yüksək səviyyədədir. Böyük Britaniya və Azərbaycan dost ölkələrdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Böyük Britaniyanın vaxtaşırı Azərbaycanın maraqlarına uyğun şəkildə davrandığı da müşahidə olunub. Yəni Böyük Britaniyanın Azərbaycana dəstəyi hazırda heç kim üçün gözlənilməz hadisə sayılmır. Son illərdə də Azərbaycan-Böyük Britaniya münasibətləri yüksək inkişaf səviyyəsinə doğru irəliləyir və müxtəlif tədbirlərdə də bu özünü göstərir".

E.Xalidbəyli Azərbaycan Prezidenti İlham Əliyevin Londona səfərindən bəhs edib:

"Bu səfərin kifayət qədər məhsuldar və effektiv olduğu keçirilən görüşlərdə özünü göstərdi. Azərbaycan Prezidentinin London səfəri çərçivəsində onlarla ölkənin dövlət rəhbərləri ilə təmaslar quruldu və eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə də NATO kimi nüfuzlu qurumun rəhbərliyi ilə müəyyən müzakirələr aparıldı. Bütün bunlar onu göstərir ki, dünya miqyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycanla təmaslar qurub, müxtəlif məsələlər üzrə əməkdaşlıq etmək istəyən dövlətlər və qurumlar dünyada kifayət qədərdir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və perspektivlərinin göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan doğru yoldadır və inkişaf etmək üçün bütün perspektiv hədəflərdən istifadə etməyə çalışır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31