Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatçısıdır

Ölkəmiz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək

Müxtəlif sahələri əhatə edən bu tədbirlərin keçirilməsi üçün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin, xüsusilə də Qarabağın tacı, türk və islam dünyasının mədəniyyət paytaxtı Şuşanın seçilməsi qürurvericidir. Bu məkandan realllıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılmasının xüsusi əhəmiyyəti var. Şuşa artıq iki ildir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirir. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib ki, "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Ölkəmiz uzun illər ərzində bunun qurbanı olub, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış məlumatlar yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Torpaqlarımızın işğalı 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində ölkəmizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır: "Forumunun açılış mərasimində Prezident İlham Əliyev vurğuladı ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Azərbaycan fərqli yol seçdi. Bu, asan deyildi. Ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bu seçim Azərbaycanın satellit ölkəyə, "proksi" ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Azərbaycan de-fakto və de-yure müstəqilliyi seçdi. 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində ölkə başçısı Azərbaycanın neft və qazla zəngin olmasının ölkəmizin günühı olmadığını vurğuladı. Azərbaycanın fəaliyyəti bu əsasda qiymətləndirilməməlidir. Ölkə iqtisadiyyatı necə şaxələndirilib, işsizliyin öhdəsindən necə gəlinib, yoxsulluq necə azaldılıb, mövzular bunlar olmalıdır. Bu gün Azərbaycanda bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir. Qazıntı yanacaq növlərindən əldə edilən gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, "OPEC Plus" formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir. Ölkəmiz müəyyən təkliflər irəli sürüb ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində diqqət çəkdiyi məqamlardan biri də kolonializm məsələsi oldu. Ölkə başçısı bildirdi ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur: "Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.
Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək ölkəmizi ittiham edir ki, guya Azərbaycan onların daxili işlərinə qarışır. Ancaq bu, qətiyyən belə deyil. Ölkəmiz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Fransa hökuməti Azərbaycana qarşı soyuq müharibəyə başlayıb. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir. 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev ölkəmizin "Yaşıl enerji" gündəliyi haqqında da geniş fikir bildirdi. Ölkə başçısı diqqətə çatdırdı ki, Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Ölkəmizdə ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verilib. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə  240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışı həyata keçiriləcək. Birinci layihə "Masdar" şirkəti, ikinci layihə isə "Acwa Power" şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda ümumi həcm bir qiqavat olan üç Günəş və külək elektrik stansiyasının təməlini qoyulub. Azərbaycan bu sahədə çox böyük işlər görür. Həm texniki, həm də iqtisadi cəhətdən ölkəmizin böyük potensialı var. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal etmək olar. "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə də diqqət çəkmiş, ölkəmizin planlarından bəhs etmişdir".
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu başa çatsa da dövlət başçısı İlham Əliyevin çıxışı, tədbir iştirakçılarının suallarını cavablandırarkən səsləndirdiyi çağırışlar ölkə və dünya mətbuatında geniş müzakirə edilir: "Azərbaycanla bağlı dezinformasiyalardan və onların yaratdığı problemlərdən geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu reallıqlara yönəltdi ki, Azərbaycan  etnik təmizləmənin, işğalın qurbanı olub. Bu hal 30 il davam edib. Ancaq ölkəmizi  dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində Azərbaycan  beynəlxalq sanksiyalara məruz qaldı. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman Azərbaycanın  beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanı yox idi. Azərbaycan  müstəqilliyini yeni bərpa etmiş ölkə idi. Ciddi səylər göstərməli idik: "Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur."
Dövlətimizin başçısı belə görüşlərin, tədbirlərin keçirilməsinin həqiqətlərin təbliğində, beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasında əhəmiyyətindən geniş bəhs etdi. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Bu platformalardan səmərəli istifadə edən ölkəmiz daim real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatı ilə diqqətdə olur. Cənab İlham Əliyevin çağırışlarında bu mühüm məqam xüsusi qeyd edildi ki, hadisələr obyektiv şəkildə cavablandırılmalıdır".
Onun sözlərinə görə, üç saat davam edən Forumda Prezident İlham Əliyev iştirakçıların Azərbaycanda, regionda və dünyada baş verən hadisələrlə bağlı suallarını dolğun şəkildə çavablandırdı: "Cənab İlham Əliyevin hər bir çıxışı günümüzün reallıqları, çağırışları ilə bağlı geniş məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Azərbaycanla və regionun gələcəyə ilə bağlı sualı cavablandırarkən bu məqamları xüsusi vurğuladı ki, sözsüz, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Yeni milli ideyanın, yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar. Hər bir çağırış gələcəklə bağlı aydın təsəvvür yaradır. Azərbaycan daim sabitlik, əməkdaşlıq məkanı kimi tanınıb və nüfuz qazanır. Azərbaycan tolerant ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayır. Ölkəmizin yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu şərtləndirir. Azərbaycan bu gün yeni körpülər qurur. Bütün bu reallıqlar dövlət başçısı İlham Əliyevin çıxışının əsasında dayandı. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin tərəfindədir və bu istiqamətdə mühüm addımları ilə diqqətdədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31