Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq
25 İyul 2024 10:33 SiyasətBu gün keçiriləcək Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, iclasın gündəliyində duran prioritet mövzular Türkiyənin sərhəddən terrorla mübarizə əməliyyatları, Suriya ilə normallaşma prosesi və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları olacaq.
Bundan başqa, Türkiyə Təhlükəsizlik Şurasının bugünkü iclasında Rusiya-Ukrayna müharibəsi, Yunanıstanla münasibətlər kimi digər regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31