XİN: "Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"
24 İyul 2024 15:32 SiyasətAzərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.
Olaylar.az xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.
"Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub", - o bildirib.
Daha əvvəl brifinqdə Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31