Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var- ÖZƏL
24 İyul 2024 15:29 Siyasət"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda prezident İlham Əliyevin çıxışı və tədbir iştirakçılarının suallarına cavabı Azərbaycan haqqında dolğun məlumatların əldə edilməsində zəngin mənbə oldu". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun sözlərinə görə, hazırkı dövrün çağırışları barədə geniş məlumat verən dövlətimizin başçısı türk dünyasının birliyindən, həmrəyliyindən danışdı: "Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır" söyləyən cənab İlham Əliyev bildirdi ki, , bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür. Bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq: "O ki qaldı, hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə. Yəni, hesab edirəm ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. Ancaq sizin də qeyd etdiyiniz kimi, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq".
Alim Hüseynli
Olaylar.az